Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 Masallıda “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində tədbir keçirilib

29.02.2024

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə  Birinci Qarabağ və Vətən müharibəsi qəhrəmanlarının yeni nəsillərə tanıdılması məqsədilə “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində növbəti  tədbir keçirilib.

Masallı Təhsil Sektorunun dəstəyi ilə  şəhid Fayəddin Xancanov adına Musaküçə kənd tam orta məktəbində keçirilən tədbirdə müharibə iştirakçıları ,müəllim və şagirdlər iştirak ediblər.

Əvvəlcə vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva  layihənin məqsədi haqqında məlumat verərək 1990-cı ildən bu günə qədər Qarabağ ərazisində baş verən müharibənin ağır və tarixi məqamlarından söhbət açıb.

Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyin Masallı rayon filialının sədri Nahid Rəhimov, Vətən müharibəsi iştirakçısı Bəhruz İlham oğlu  Mehbaliyev ,  Əli Namiq oğlu Qarayev, Orxan Şahin oğlu Teymurov,  Elşən Teyub oğlu Habullayev    və  Talib Cəmil oğlu Qəzənfərli çıxışlarında tədbir iştirakçılarına  keçdikləri  döyüş yolundan və qazandıqları qələbənin sevincindən  danışıblar.

Spnra qəhrəmanlar şagirdlərin suallarını cavablandırıblar.

Yekunda çıxış edən  məktəbin direktoru Aytən Əliyeva və  müəllim, şəhid qardaşı Rizvan Rzayev yeniyetmələrin maarifləndirilməsi məqsədilə keçirilən bu səpkili tədbirlərin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.